AZ

Amerikalı diplomat: Bakı və İrəvan bunu tezliklə etməlidir

“Birləşmiş Ştatlar avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sazişlərin həyata keçirilməsi istiqamətində irəliləyir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn deyib.
Diplomatın sözlərinə görə, Azərbaycan və Ermənistan Vaşinqtonda paraflanmış sülh sazişini imzalayıb ratifikasiya etməlidir:

“Sülh prosesi nə qədər tez yekunlaşsa, onun faydaları bir o qədər tez reallaşacaq”.

Kuinn Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasını alqışlayaraq, əlaqələrin davamlı inkişafının və yaxşılaşmasının hər iki ölkəyə və bütün regiona əhəmiyyətli faydalar gətirəcəyini qeyd edib.
Seçilən
2
6
sherg.az

7Mənbələr