AZ

ABŞ səfiri: İrəvan və Bakı sülh sazişini imzalamalı və ratifikasiya etməlidir

ABŞ avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlərin həyata keçirilməsinə başlayıb.

Xezerxeber.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Emənistandakı səfiri Kristina Kuinn "Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: demokratiya və regional təhlükəsizliyin gücləndirilməsi" mövzusunda müzakirə zamanı bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidirlər.

"Sülh nə qədər tez imzalanarsa, onun üstünlükləri də o qədər tez həyata keçiriləcək", - K.Kuinn bildirib.

Diplomat, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşmasına toxunaraq qeyd edib ki, münasibətlərin normallaşması təkcə hər iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək.

Seçilən
1
6
xezerxeber.az

7Mənbələr