EN

16 yaşında zədə alan idmançı 10 il sonra əməliyyat edildi VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İlk dəfədən ağır atletika ilə məşğul olmuşam. Sonra ilk yarışlardan çempionluqlar əldə etdikcə, bu məni daha çox həvəsləndirdi. Yəni çıxdığım hər yarışda çempionluq əldə edirdim və qabağıma çıxmaq mümkün deyildi. Və bu məni çox həvəsləndirirdi”.

İdman.biz bildirir ki, bu sözləri gənc idmançı, 16 yaşında ağır zədə alan və 10 il sonra əməliyyat edilən ağır atletika üzrə Avropa çempionu Rüstəm İmanzadə İTV-yə verdiyi müsahibədə deyib.

Həmişə həvəs və əzmlə irəliləyən gənc idmançı Rüstəm İmanzadə yenə həvəslə səhnəyə çıxdığı bir gündə bu idman növündə ala biləcəyi ən ağır zədələrdən birini alır.

“Yəni mən hər zaman bu risqlərə hazır idim. Düzdür, bu qədər ağır bir travma gözləməsəm də, bu, mənim üçün çox da böyük faciə olmadı. Çünki inanırdım ki, çox uğurlar əldə eləmişəm. Avropa çempionu olmamışdan əvvəl mən çox ağır zədələr alıb sonra gedib Avropada çıxış eləmişəm, Avropa çempionu olmuşam və dünyanın ən güclü idmançısı seçilmişəm. Bu isə elə bir zədədir ki, o sağalana qədər daim müalicə almaq məcburiyyətindəsən ki, sağalaraq yenidən idmana qayıdasan. Amma çox təəssüf ki, bugün o dəstəyim yoxdur” – deyən İmanzadə bildirib ki, yaxın zamanlarda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Avstriyada əməliyyat olunub.

Həkimlər ona əməliyyatdan sonra bir sıra müalicə prosedurları təyin ediblər. “Xaricdə güclü fizioterapiyalar almalıyam. Amma çox təəssüf ki, əməliyyatdan gələndən sonra bu prosedurlar baş tutmadı”, – idmançı deyib.

Əməliyyatdan sonra xəstəxananın ona verdiyi sənədlərdə də reabilitasiyanın vacibliyi qeyd olunub:

“Əməliyyatdan sonra həkimlərin mənə tapşırdığı güclü fizioterapiyalar var ki, onu xarici ölkələrdə etdirməliyəm. Bunun üçün lazımi aparatlar, güclü həkimlər olmalıdır. Əməliyyatdan sonra tövsiyə edilən müayinə və müalicələr var. Demişdilər ki, əməliyyatdan bir ay sonra başlamalısan, artıq 4 ay keçib, amma hələ müalicə başlamayıb”.

Rüstəmin sözlərinə görə, müalicəsini yalnız xaricdə davam etdirmək mümkündür.

Məsələ ilə bağlı TƏBİB-ə müraciət etdikdə qurumdan bildirilib ki, TƏBİB yalnız dövlət müəssisələrində tibbi xidmətin təşkilinə cavabdehdir. Səhiyyə Nazirliyindən isə qeyd olunub ki, vətəndaşa respublika üzrə Nazirliyin tabeliyində fəaliyyət göstərən reabilitasiya mərkəzlərində reabilitasiya və fizioterapiya kursu təyin oluna bilər.

Dövlət sosial tibbi ekspertiza və reabilitasiya agentliyi isə bildirib ki, agentliyin tabeliyindəki mərkəzlərdə xidmətlərdən yalnız əlilliyi olan şəxslər istifadə edə bilər. Bunun üçün şəxs və ya onun qanuni nümayəndəsi yaşadığı ərazi üzrə tibbi sosial ekspertiza komissiyasına müraciət edərək yataq fondunun doluluğuna əsasən rezervasiya formalaşdırır. Rezervasiyası təsdiqlənən şəxslərə SMS bildiriş göndərilir və yerində sənəd təqdim olunur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
icma.az

2Sources