AZ

Kiçik alətlə böyük səslər əldə etmək... 10 min il tarixi olan qaval daşı musiqini zənginləşdirir Video

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın ən qədim musiqi aləti qaval daşıdır. Qaval daşının tarixi 10 min il öncəyə aiddir. Daha çox Neolit dövründə istifadə edilib.

Qaval daşı əhəng daşına bənzəyir. Daşdan səsin çıxa bilməsi üçün daş yerə qoyulmamalıdır.

İddialara görə qədim insanlar bu alət vasitəsi ilə müxtəlif musiqilər əldə edə bilirmiş. Ən çox da rituallar zamanı qaval daşı çalınarmış.

Naxçıvanda, Mərəzədə 40-a yaxın qaval daşının olduğu iddia edilir. Ən böyük qaval daşları isə Qobustandadır. Mərdəkan qəsrinə ziyarətimizdə də qaval daşına rast gəldik. Kiçik alətlə böyük səsləri əldə etmək mümkündür. İnsanlar hər zaman, müxtəlif dövrlərdə musiqiyə meylli olub. Elə bu səbəbdən də qaval daşı meydana gəlib.

Tariximizi tanımaq üçün çox uzağa getməyə ehtiyac yoxdur. İmkanlarınız məhduddursa, Mərdəkana üz tuta bilərsiniz. Mərdəkan qalasında Azərbaycanın tarixininin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olma imkanı əldə etmək mümkündür.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
50
icma.az

10Mənbələr