EN

2025-ci ilin ilk altı ayında Azərbaycandan Taylanda tədarük olunan neftin həcmi bəlli olub

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Taylanda 75,9milyon ABŞ dolları dəyərində və 137,8 min ton həcmində xam neft vəbitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu barədə TrendDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bugöstərici 158,3 milyon ABŞ dolları və ya 67,6 faiz, həcm baxımındanisə 249 min ton və ya 63,4 faiz azalıb.

Müqayisə üçün bildirək ki, ötən ilin ilk altı ayındaAzərbaycandan Taylanda 234,2 milyon ABŞ dolları dəyərində 376,8 minton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixracedilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az,həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.

Məqalədə:
Chosen
13
2
az.trend.az

6Sources