AZ

Azərbaycan yanvar-avqust aylarında Niderlanda neft ixracını artırıb

Bakı, TurkicWorld

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Niderlanda 126,5 milyon ABŞ dolları dəyərində və 223,3 min ton həcmində xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 19,7 milyon ABŞ dolları və ya 18,4 faiz artıb, həcm baxımından isə 54,3 min ton və ya 32,2 faiz çoxalıb.

Ötən ilin ilk səkkiz ayında Azərbaycandan Niderlanda 106,8 milyon ABŞ dolları dəyərində 169 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15 milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixrac edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az, həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.

Seçilən
1
1
turkic.world

2Mənbələr