AZ

Azərbaycandan Xorvatiyaya yanvar-avqust aylarında neft tədarükünün həcmi ilə bağlı məlumatlar açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Xorvatiyaya 497,4milyon ABŞ dolları dəyərində və 919,9 min ton həcmində xam neft vəbitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu barədə TrendDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bugöstərici 129,6 milyon ABŞ dolları və ya 20,7 faiz , həcmbaxımından isə 85,2 min ton və ya 8,5 faiz azalıb

Ötən ilin ilk altı ayında Azərbaycandan Xorvatiyaya 627 milyonABŞ dolları dəyərində 1,005 milyon ton neft və neft məhsullarıixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixracedilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az,həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.

Məqalədə:
Seçilən
2
3
az.trend.az

4Mənbələr