EN

AFFA MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Birinci Liqa, 2-ci tur

“Şahdağ Qusar” – “Baku Sportinq” oyununda “Baku Sportinq”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” 210 manat cərimə edilib.

“Difai” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 210 manat cərimə edilib.

“Şimal” – MOİK oyununda MOİK-in futbolçusu Samir Məhərrəmli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, MOİK 900 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 5-ci tur

“Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” 70 manat cərimə edilib. “Sumqayıt”ın futbolçusu Nurlan Zeynallı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt” 100 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Qəbələ-2” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ” 70 manat cərimə edilib.

“Şamaxı-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz”in nümayəndəsi iştirak etmədiyinə görə Gəncə komandası 150 manat cərimə edilib.

error: Məzmun qorunur!
Chosen
32
22
arena.az

10Sources