EN

Formula 1: Ferstappendən Bakıda 2-ci zəfər!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 17-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Bakı şəhərində təşkil olunub.

Azərbaycan qran-prisində son 4 ilin çempionu Maks Ferstappen qalib olub. Ötən gün keçirilmiş sıralama turunda da ən sürətli olmuş “Red Bull”un pilotu bugünkü yarışa birinci başlayıb. Niderlandlı sürücü 51 dövrəlik yarışda bu üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun cari mövsümdəki 4-cü, karyerası ərzində 67-ci zəfərdir.

Ferstappen 2-ci dəfə Bakıda qələbə sevinci yaşayıb. O, daha əvvəl 2022-ci ildə də Azərbaycan qran-prisində treki birinci pillədə başa vurmuşdu.

“Mersedes”dən Corc Rassell ikinci, “Uilyams”dan Karlos Sayns üçüncü olub. Rassellin komanda yoldaşı Andre Kimi Antonelli dördüncü yeri tutub, “Rasinq Bulls”dan Liam Louson “beşliy”i tamamlayıb.

Bakıdakı görüş qəzasız ötüşməyib. Belə ki, “Maklaren” pilotu Oskar Piastri uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid səddə dəyib. Avtomobil trasdan götürüldükdən sonra mübarizə davam edib.

Beləliklə, geridə qalmış 17 mərhələdən sonra Oskar Piastri (“Maklaren”) 324 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 299 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 255 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 623 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 290 xalla ikinci sıraya yüksəlib. “Ferrari” isə 286 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 18-ci qran-prisi Sinqapurda keçiriləcək. Eyniadlı şəhərdə baş tutacaq bu yarış oktyabrın 5-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

  1. Oskar Piastri (Maklaren) – 324
  2. Lando Norris (Maklaren) – 299
  3. Maks Ferstappen (Red Bull) – 255
  4. Corc Rassell (Mersedes) – 212
  5. Şarl Lekler (Ferrari) – 165
  6. Luis Hamilton (Ferrari) – 121
  7. Kimi Antonelli (Mersedes) – 78
  8. Aleksander Albon (Uilyams) – 70
  9. İsaak Hacar (Rasinq Bulls) – 39
  10. Niko Hulkenberq (Zauber) – 37
  11. Lens Stroll (Aston Martin) – 32
  12. Karlos Sayns (Uilyams) – 31
  13. Liam Louson (Red Bull) – 40
  14. Fernando Alonso (Aston Martin) – 30
  15. Esteban Okon (Haas) – 28
  16. Pyer Qasli (Alpin) – 20
  17. Yuki Tsunoda (Rasinq Bulls) – 20
  18. Qabriel Bartoleto (Zauber) – 18
  19. Oliver Berman (Haas) – 16
  20. Franko Kolapinto (Alpin) – 0
  21. Cek Duen (Alpin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 623
  2. Mersedes – 290
  3. Ferrari – 286
  4. Red Bull – 272
  5. Uilyams – 101
  6. Rasinq Bulls – 72
  7. Aston Martin – 62
  8. Zauber – 55
  9. Haas – 44
  10. Alpin – 20
error: Məzmun qorunur!
Chosen
12
14
arena.az

10Sources