AZ

Azərbaycan millisi dünya ikincisi oldu!

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya çempionatının gümüş medallarını qazanıb.

Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Zaqrebdəki mundiala bu gün yekun vurulub. Mötəbər yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmış yunan-Roma güləşi üzrə millimiz 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.

Xatırladaq ki, Azərbaycan yığmasının tərkibində Ülvü Qənizadə (72 kq) Avropa çempionu olubsa, Həsrət Cəfərov (67 kq) gümüş medalla kifayətlənib. Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bu yarışda bürünc medal qazanıblar.

error: Məzmun qorunur!
Seçilən
10
12
arena.az

10Mənbələr