AZ

Qurban Qurbanov: “Penalti və qırmızı vərəqə işimizi asanlaşdırdı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 5-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam və Naxçıvan təmsilçiləri arasında Mərdəkanda baş tutmuş oyun “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət oldu. Xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, möhkəm kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi asanlaşdırdı. “Araz-Naxçıvan”ın çox təhlükəli hücum xətti var. İstənilən an qapında qol görə bilərsən. Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək var idi. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram”.

Qurban Qurbanov Ramil Şeydayevin durumundan da söz açıb:

“Məncə, yaxın zamanlarda oynaya biləcək. Qarşıdakı matçlarda meydana buraxa bilərik. Son vaxtlarda fərdi məşqlər edirdi. Ancaq çempionatın başlamasına qədər, komandası ilə yaxşı hazırlıq keçmişdi”.

Qurban Qurbanov meydançanın durumuna və futbolçularının zədə almaq ehtimalına da toxunub:

“Bu gün rotasiyalar etdik. Bəzi meydançalara baxanda, bu gün oynadığımız daha yaxşı idi, futbolçular daha rahat oynayırdılar. İlk hissədə meydança sanki daha quru görünürdü, su yox idi, vurulmamışdı. Bəlkə də əvvəlcədən vurulmuşdu, küləyə görə qurumuşdu. Fasilədə meydança sulandı və ikinci hissədə topla davranmaq daha rahat oldu. Zədə məsələsinə gəldikdə, bu barədə düşünəndə, bəlkə, insanın başına daha çox belə hadisələr gəlir. Oyunun gedişatına görə addımlar atdıq”.

“Qırmızı vərəqədən sonra “Qarabağ”a qarşı oynamaq çətindir”

Elmar Baxşıyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Ağır məğlubiyyət oldu. Komanda olaraq, qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışırdılar. Qol epizodlarına da girdik. Amma qırmızı vərəqədən sonra “Qarabağ”a qarşı oynamaq çətindir. Danışılası çox şey yoxdur. Bu ağır məğlubiyyəti unudub, qarşıdakı matçlara hazırlaşmaq lazımdır.

Qırmızı vərəqəyə gəlincə, Əliyar Ağayevin qərarı ağır idi. Penalti verirsən, rəqibi azlıqda saxlayırsan… Ağır qərar oldu. Bəli, penalti var idi. Amma qırmızı vərəqə göstərmədən, penalti təyin edə bilərdi.

Fərdi səhvləri çox edirik. Onun da nəticəsində qapımızda qollar görürük. Oyuna yaxşı başlasaq da, qırmızı vərəqədən sonra oyun ritmindən düşdük. Rəqibin usta futbolçuları qol şanslarından məharətlə yararlandılar”.

error: Məzmun qorunur!
Seçilən
3
5
arena.az

10Mənbələr