Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Lion “Olimpik”i doğma meydanda “Anje” ilə qarşılaşıb. Meydan sahibləri yekunda 3 xalı tək qolla qazanıblar.
5-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
5-ci tur
19 sentyabr
Olimpik (Lion) – Anje 1:0
Qol: Tessmann, 65.
20 sentyabr
19:00. Nant – Renn
21:00. Brest – Nitsa
23:05. Lans – Lill
21 sentyabr
17:00. Paris – Strasburq
19:15. Oser – Tuluza
19:15. Havr – Loryan
19:15. Monako – Mets
22:45. Olimpik (Marsel) – PSJ
error: Məzmun qorunur!