EN

“İmişli” texniki məğlubiyyət alacaq - Səbəb

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Sumqayıt”ı məğlub etmiş “İmişli” komandasına texniki məğlubiyyət veriləcək.

Arena.az xəbər verir ki, buna “Sumqayıt”la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub.

Belə ki, İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb.

Qarşılaşma əyalət təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 72-ci dəqiqədə “gənclik şəhəri” təmsilçisinin qapıçısı Mehdi Cənnətov avtoqol müəllifi olub.

Bu, “İmişli”nin 4 oyuna 2-ci qələbəsi olacaqdı. “Sumqayıt” isə cari mövsümdə ilk dəfə məğlubiyyət acısı yaşayıb. Lakin əyalət təmsilçisinə texniki məğlubiyyət rəsmiləşəcəyi halda, “Sumqayıt”ın məğlubiyyətsiz seriyası da davam etmiş olacaq.

Günün ikinci oyununda “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün “Araz-Naxçıvan” “Kəpəz”i iki cavabsız qolla üstələyib. “Qarabağ” – “Zirə” oyununda qalib müəyyənləşməyib – 1:1. Tura sentyabrın 14-də keçiriləcək son iki oyunla yekun vurulacaq.

error: Məzmun qorunur!
Chosen
16
7
arena.az

10Sources