AZ

Bundesliqa: “Bayern” “Hamburq”u 5 cavabsız qolla yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Volfsburq” – “Köln” matçında qalib müəyyənləşməyib.

“Bayern” doğma meydanda “Hamburq”u 5 cavabsız qolla məğlub edib. “Frayburq” da “Ştutqart”ı xalsız yola salıb.

“Haydenhaym” evdə Dortmund “Borussiya”sına, “Maynts” “Leypsiq”ə, “Union Berlin” “Hoffenhaym”a məğlub olub.

3-cü turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
3-cü tur

12 sentyabr

Bayer – Ayntraxt 3:1
Qollar: Qrimaldo, 10; 90+8. Şik, 45+4 – C.Y.Uzun, 52.

13 sentyabr

Frayburq – Ştutqart 3:1
Qollar: Matanoviç, 81; 90+2-pen. Şerhant, 86 – Demiroviç, 20.

Haydenhaym – Borussiya (Dortmund) 0:2
Qollar: Girassi, 33. Bayer, 45+6.

Maynts – Leypsiq 0:1
Qol: Bakayoko, 40.

Union Berlin – Hoffenhaym 2:4
Qollar: Ansa, 49. Rote, 71 – Kramariç, 45+1-pen. Asllani, 45+3; 51. Lemperle, 83-pen.

Volfsburq – Köln 3:3
Qollar: Amura, 42. Mayer, 65. Arnold, 90+9 – Valdşmit, 5. Yohannesson, 90+1. Kaminski, 90+14.

Bayern – Hamburq 5:0
Qollar: Qnabri, 3. Pavloviç, 9. H.Keyn, 26-pen; 62. L.Dias, 29.

14 sentyabr

17:30. Sankt Pauli – Auqsburq
17:30. Borussiya (Mönhenqladbax) – Verder

error: Məzmun qorunur!
Seçilən
11
14
arena.az

10Mənbələr