AZ

A Seriyası: “Yuventus” “İnter”i xalsız yola saldı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Kalyari” doğma meydanda qarşılaşdığı “Parma” üzərində inamlı qələbəyə sevinib.

Səfərdə “Fiorentina” ilə qarşılaşmış son çempion “Napoli” də turu inamlı qələbə ilə başa vurub.

Turun mərkəzi oyununda isə “Yuventus” doğma meydanda “İnter”lə üz-üzə gəlib. 7 qolun qeydə alındığı bu oyunda Turin təmsilçisi qələbə qazanan tərəf olub.

3-cü turun qalan görüşləri sentyabrın 14-də və 15-də keçiriləcək.

İtaliya, A Seriyası
3-cü tu

13 sentyabr

Kalyari – Parma 2:0
Qollar: Mina, 33. Feliçi, 77.

Yuventus – İnter 4:3
Qollar: Kelli, 14. K.Yıldız, 38. K.Turam, 83. Adziç, 90+1 – H.Çalhanoğlu, 30; 65. M.Turam, 76.

Fiorentina – Napoli 1:3
Qollar: Ranyeri, 79 – De Bröyne, 6. Höylund, 14. Beukema, 51.

14 sentyabr

14:30. Roma – Torino
17:00. Atalanta – Leççe
17:00. Piza – Udineze
20:00. Sassuolo – Latsio
22:45. Milan – Bolonya

15 sentyabr

20:30. Verona – Kremoneze
22:45. Komo – Cenoa

error: Məzmun qorunur!
Seçilən
6
7
arena.az

10Mənbələr