AZ

Rüfət “Hayduk”a qarşı bir hissə oynadı

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Xorvatiya çempionatının 2025/2026-cı illər mövsümünün 6-cı turu çərçivəsində Split “Hayduk”u ilə qarşılaşıb.

“Varajdin” doğma meydanda baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Azərbaycanlı vinger bu görüşün start heyətində yer alsa da, fasilədə əvəzlənib.

“Varajdin” 6 turdan sonra 9 xalla 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Bu komanda keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 5 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

error: Məzmun qorunur!
Seçilən
11
7
arena.az

10Mənbələr