Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qubada baş tutub.
Burada “İmişli” “Sumqayıt”la üz-üzə gəlib. Qarşılaşmanı Tural Qurbanov idarə edib. “İmişli”nin Qubada ev sahibi olduğu ilk oyun sözügedən komanda üçün düşərli olub. “Meydan sahibləri” yekunda 1:0 hesablı qələbəyə seviniblər. Mehdi Cənnətovun kuryoz “avtoqol”u isə “Sumqayıt”ın cari mövsümdəki ilk məğlubiyyəti ilə nəticələnib.
Premyer Liqa
4-cü tur
13 sentyabr
“İmişli” – “Sumqayıt” 1:0
Qol: Mehdi Cənnətov, 72-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 7. Luis Silvestr.
Baş məşqçi: Xorxe Kaskilya.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 25. Abdul Raşid.
Baş məşqçi: Saşa İliç.