EN

Pezeşkian İran xalqından üzr istədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünən Ərdəbil əyalətinə səfər edən İran Prezidenti Məsud Pezeşkian ölkədə elektrik enerjisinin verilməsindəki fasilələr və qaz təchizatındakı kəsintilərlə bağlı xalqdan üzr istəyib.
Bu barədə "Azad İran" "Telegram" İran KİV-ə istinadən məlumat yayıb.
M.Pezeşkian deyib ki, hökumətin məqsədi vətəndaşlara problem yaratmaq deyil, əksinə, onların həyat şəraitini yaxşılaşdırmaqdır.
O, hazırkı vəziyyəti çətinliklərlə dolu bir dövr kimi dəyərləndirib və problemlərin yığılıb qaldığını vurğulayıb:
"Təəssüf ki, biz hakimiyyətə gələndə artıq problemlər yığılmışdı. Bəzən bir sistemi aşırmaq üçün son bir damcı kifayət edir. Biz o mərhələyə çatmışıq".
Ölkədəki problemlərin həll ediləcəyinə ümidvar olduğunu vurğulayan hökumət başçısı bildirib:
"Allahın və xalqın köməyi, eləcə də ali rəhbərin dəstəyi ilə bu problemlərin öhdəsindən gələcəyimizə inanıram".
Chosen
45
37
oxu.az

10Sources