İranın zənginləşdirdiyi bütün nüvə materialları İsrail və ABŞ-ın zərbələrindən sonra nüvə obyektlərində dağıntılar altındadır.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Bizim bütün materiallarımız hazırda nüvə obyektlərinə endirilən zərbələrdən sonra dağıntılar altındadır. Bu materiallara giriş və onların vəziyyəti hazırda İran Atom Enerjisi Təşkilatının mütəxəssisləri tərəfindən qiymətləndirilir", - deyə Əraqçi bildirib.
O, həmçinin qeyd edib ki, İranın Atom Enerjisi Təşkilatı nüvə materiallarının vəziyyətini qiymətləndirdikdən sonra ölkənin Milli Təhlükəsizlik Şurasına təqdim edəcəyi hesabat hazırlayacaq. Bundan sonra Şura qərar verəcək.