AZ

İran millət vəkili: "Nüvə silahını gizli şəkildə hazırlamalıydıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani nüvə silahı ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib.
Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, millət vəkili İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmadan, gizli şəkildə nüvə silahı hazırlamalı olduğunu bildirib.
"Biz bunu çoxdan etməli idik", - deyə Ərdəstani İranın dövlət televiziyasına müsahibəsində qeyd edib. O bildirib ki, Tehran artıq buna görə ağır bədəl ödəyib.
Onun fikrincə, Tehran nüvə silahını səssiz və planlı şəkildə inkişaf etdirməli idi.
Seçilən
20
37
oxu.az

10Mənbələr