AZ

İranın zənginləşdirdiyi bütün nüvə materialları dağıntılar altındadır - Əraqçi

İranın zənginləşdirdiyi bütün nüvə materialları İsrail və ABŞ-nin zərbələrindən sonra dağıntılar altındadır. 

Missiya.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "RİA Novosti"yə müsahibəsində deyib.

"Bizim bütün materiallarımız hazırda nüvə obyektlərinə endirilən zərbələrdən sonra dağıntılar altındadır. Bu materialların vəziyyəti hazırda İran Atom Enerjisi Təşkilatının mütəxəssisləri tərəfindən qiymətləndirilir", - deyə Əraqçi bildirib.

O, həmçinin qeyd edib ki, İranın Atom Enerjisi Təşkilatı nüvə materiallarının vəziyyətini qiymətləndirdikdən sonra ölkənin Milli Təhlükəsizlik Şurasına təqdim edəcəyi hesabat hazırlayacaq. Bundan sonra Şura qərar verəcək. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
32
21
missiya.az

10Mənbələr