EN

“Adi bir dialoqun hansı tonda deyilməli olduğunu rejissor aktyora bildirməlidir” - ŞƏRH

Kino çox ciddi bir sahədir. Kino əlinə kamera alıb, nəsə çəkmək deyil. Rejissorun film çəkmək mədəniyyəti olmalıdır. Bu işdə olan hər bir insan mükəmməl dərəcədə işini bilməlidir. Kinoda ssenari, rejissor işi, aktyor işi, montaj - hər biri yüksək səviyyədə işlənilməli və biri-birini tamamlamalıdır. Çox vaxt da qeyd olunur ki, aktyorun nə qədər istedadı olsa da, onun parlaması rejissordan asılıdır.

Mövzu ilə bağlı rejissor Fehruz Şamıyev MediaPost-a açıqlama verib.

Onun sözlərinə görə, filmin estetikasına, psixologiyasına uyğun iş görülməlidir:

alt

“Yaxşı, peşəkar rejissor aktyora düzgün tapşırıq verir və istədiyini ala bilir. Bəzən görürük ki, aktyor kifayət qədər istedadlıdır, lakin rejissor ona hansı rolu verəcəyini bilmir. Yəni rol seçimində rejissor çox diqqətli olmalıdır. Adi bir dialoqun hansı tonda deyilməli olduğunu rejissor aktyora bildirməlidir. Filmin estetikasına, psixologiyasına uyğun iş görülməlidir və yaxud rejissorun işi ortada olmalıdır ki, o, nəyi qabartmaq istəyir”.

Fidan Ramazan

Chosen
384
8
mediapost.az

10Sources