AZ

“Hər bir musiqinin audiovizual əsəri klipdir” - ŞƏRH

Azərbaycanda serial, film rejissorluğu ilə yanaşı, klip rejissorluğu da illər öncədən mövcud olub. Keçmişdə çəkilən kliplər keyfiyyət, rəng, işıq baxımından zəif olsa belə, hələ də günümüzdə həmin kliplərdən çoxunu sevə-sevə izləyirik. Bu gün rejissorlar klip bazarında durğunluq yaşandığını qeyd etsələr də, tanınmış estrada müğənnilərinin klipləri ilə yanaşı, yeni ifaçıların da bir çox işlərinin şahidi oluruq.

Mövzu ilə əlaqədar klipmeyker, rejissor Nail Naiboğlu MediaPost-a açıqlamasında qeyd edib ki, vizual görüntü heç də mahnıdan, ifadan geri qalmamalıdır:

alt

“Klip, reklam çəkilişində indiyə kimi bütün mövzuları özüm işləmişəm. Yəni ssenari üçün kiməsə müraciət etməmişəm. Təkliflə gələnlər də olub, amma məni qane etmədiyinə görə qəbul etməmişəm. Klip çəkən zaman öncə mahnıya qulaq asıram. Çünki rejissorun fikrində yaranan ideya, fantaziya mahnıdan qaynaqlanır. Hər bir musiqinin audiovizual əsəri klipdir. O, ekranlara çıxanda mahnıya ikinci həyat vermiş olur. Vizual görüntü heç də mahnıdan, ifadan geri qalmamalıdır. Bu aspektdən yanaşanda çalışmışam ki, standart düşüncədən kənar situasiyaları lentə alım. Ondan başqa çox çalışıram ki, tamaşaçı yaratdığım əsərə baxanda onun sonunu təxmin edə bilməsin. Sonluğu məhz rejissor verməlidir. Bu, rejissorun fərqləndirici cəhətidir”.

Fidan Ramazan

Seçilən
511
8
mediapost.az

10Mənbələr