AZ

“Kino istehsalında bir nəfərin qeyri-peşəkarlığı bütün məhsulu heç edə bilər” - Rejissordan ŞƏRH

Vizual ədəbiyyat adlandırdığımız, incəsənətin ən kütləvi forması olan kino yarandığı ilk vaxtlardan insanları həyatın mənası haqqında düşünməyə, ətrafda baş verənləri təhlil etməyə vadar edib. Kino tamaşaçını məkan və zamandan keçirərək gah gələcəyə, gah da keçmişə aparır. Kinonun vəzifəsi yalnız əyləncədən ibarət deyil, o, hər şeydən əvvəl, xalqa xidmət etməlidir, buna görə kino insanların mənəviyyatını zənginləşdirməyə yönəldilməlidir. Lakin çox vaxt “ssenari zəifdirsə, film də zəif alınacaq” ifadəsi işlənsə də, zəif ssenaridən alınan uğurlu filmlər də az deyil. 

MediaPost-a açıqlama verən rejissor Ramin Hacıyevin sözlərinə görə, zəif ssenarinin üzərində rejissor çox işləsə, ortaya bir şey çıxarmaq mümkündür:

“Yaxşı ssenarini zəif rejissora versələr, o ssenari məhv olacaq. Film kollektiv sənət olduğu üçün bütün proses bir-birinə zəncirvari şəkildə bağlıdır. Burada rejissorla ssenarist bir-birilərini anlamalı və ortaq məxrəcə gəlməlidirlər. Əgər keyfiyyətsiz bir məhsul ortaya çıxıbsa, burada günah tək ssenaristdə deyil. Bəzən elə anlar olub ki, möhtəşəm ssenari, peşəkar rejissor bir araya gəlib, ancaq operator tələb olunan kadrları tuta bilməyib. Verilən kadrlar ssenarini və rejissorun fikrini doğrultmayıb. Bu işdə bir nəfərin qeyri-peşəkarlığı bütün məhsulu zay edə bilər. Zəif ssenarinin üzərində rejissor çox işləsə, ortaya bir şey çıxarmaq mümkündür. Çünki, biz izlədiyimiz filmdə seriala rejissorun gözü ilə baxırıq”.

Fidan Ramazan

Seçilən
599
8
mediapost.az

10Mənbələr