EN

Yaponiya gəmilərini "Starlink" ilə təchiz edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyanın Sahil Mühafizəsi rabitəni təmin etmək üçün gəmilərində "Starlink" peyk internetindən istifadə etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Nikkei" qəzetində yayımlanıb.
Məlumata görə, cari il 66 gəmi, növbəti il isə daha 16 gəmi "Starlink" ilə təchiz olunacaq. Onlar xüsusilə Tokio və Pekin arasında mübahisə mövzusu olan Senkaku adaları (Diaoydau) yaxınlığındakı sularda patrul xidməti həyata keçirəcəklər.
Cari maliyyə ilində bu məqsədlər üçün 4,26 milyard ien (təxminən 29 milyon dollar) ayrılacaq.
Chosen
60
18
oxu.az

10Sources