AZ

Rusiyada azərbaycanəsilli bloqer "Subo"nunvergi borcu artdı

Rusiyada fəaliyyət göstərən azərbaycanlı bloqer "Subo"nun (əsl adı - Sübhan Murad oğlu Məmmədov) Rusiyanın Federal Vergi Xidmətinə olan borcu artıb.

Avtosfer.az kp.ru-ya istinadən xəbər verir ki, hazırda onun borcu məbləği 89.8 milyon rubldan çoxdur (təxminən 1.9 milyon manat).

Qeyd edək ki, bu ilin iyulunda artıq "Subo"ya qarşı xüsusilə iri məbləğdə vergidən yayınma maddəsi ilə cinayət işi açılıb. İşin başlandığı vaxt onun Federal Vergi Xidmətinə olan borcu 50 milyon rubl olub.

Məlumata görə, bloqer 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

İstintaq materiallarına əsasən "Subo" qohumları ilə birlikdə 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə vergidən yayınma sxemi hazırlayaraq həyata keçirib.

"Subo" Birləşmiş Ərəb Əmirliklərinə köçdükdən sonra pulların yuyulmasına, əmlakın satışına kömək edən "Subo"nun qardaşı və atasına qarşı da vergidən yayınma ittihamı irəli sürülüb.

 

Seçilən
32
2
avtosfer.az

10Mənbələr