1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Nepalı bürüyən kütləvi etirazlar səbəbindən Hindistan-Nepal sərhədində yüksək hazırlıq rejimi tətbiq edilib.
Oxu.Az-ın ANI agentliyinə istinadən xəbərinə görə, bu barədə Hindistan polisinin nümayəndəsi Pravin Parkaş məlumat verib.
"Biz yüksək hazırlıq vəziyyətindəyik və durumu izləyirik", - deyə o bildirib.
ANI-nin məlumatına görə, hazırda sərhəd yük maşınlarının hərəkəti üçün bağlanıb.