EN

“Qarabağ”ın matçının biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) oyununun biletləri bu gün saat 14:30-dan etibarən satışa çıxarılacaq.

Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri "iTicket.az"-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

“Fənər”dən qolsuz heç-heçə: ÇL-də günün nəticələri - YENİLƏNİB

AFFA nümayəndəsi Çempionlar Liqasında

"Fənər" UEFA siyahısını yenilədi

Azərbaycan xal ehtiyatını artırdı

Qurban Qurbanov: “Futbolçularım qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”

Chosen
24
49
apasport.az

10Sources