UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Ferensvaroş" (Macarıstan) matçına satılan biletlərin sayı açıqlanıb
Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər 28800 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.