AZ

“Qarabağ”ın oyununa baxmaq istəyənlərin nəzərinə! Biletlər satışa çıxır

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Ferensvaroş” (Macarıstan) oyununun biletləri bu gün, saat 14:30-dan etibarən satışa çıxarılacaq.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Biletləri "iTicket.az"-ın satış məntəqələri (iTicket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
32
modern.az

10Mənbələr