EN

Yeni səfir Fəxri və Şəhidlər xiyabanlarında

Yazını böyüt
Yazını kiçilt

İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Şəhidlər Xiyabanını ziyarət edib.

Hafta.az xəbər verir ki, bu barədə İsrail səfirliyi "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.

“Səfir Ronen Krausz Fəxri Xiyabanı ziyarət edərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu. Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad etdi. Səfir həmçinin Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək, onun igidliyini və fədakarlığını dərin hörmətlə andı. Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və minnətdarlığın – güclü bir təcəssümüdür”- paylaşımda qeyd olunub.

İsrailin
İsrailin
İsrailin
İsrailin
 
Chosen
78
50
hafta.az

10Sources