AZ

İsrailin Azərbaycandakı yeni səfiri Fəxri və Şəhidlər xiyabanlarını ZİYARƏT ETDİ - FOTO

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Krausz Fəxri Xiyabanı ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin rəsmi "X" hesabında paylaşım edilib.
 

"Səfir Ronen Krausz Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu.


Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad etdi. Diplomat, eyni zamanda, Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək onun igidliyini və fədakarlığını dərin hörmətlə andı.

Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və minnətdarlığın güclü bir təcəssümüdür", - paylaşımda qeyd edilib.






Bizim.Media

Seçilən
47
50
bizim.media

10Mənbələr