AZ

Emi Karlon Amerikada iyirmi azərbaycanlı məktəbli ilə görüşüb FOTO

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Emi Karlon 2025–2026 FLEX təqaüd proqramı çərçivəsində bir il müddətinə ABŞ məktəblərində təhsil alacaq və amerikalı ailələrlə birlikdə yaşayacaq iyirmi azərbaycanlı məktəbli ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, o, həmçinin bu yay Azərbaycana qayıdan FLEX məzunlarını da salamlayıb.

“FLEX kimi proqramlar ABŞ ilə Azərbaycan arasında dostluq əlaqələrini möhkəmləndirir, uzunmüddətli münasibətlərin qurulmasına töhfə verir və azərbaycanlı gənclərə Amerikanın nailiyyətlərini, eləcə də ABŞ təhsilinin üstünlüklərini yaxından tanımaq imkanı yaradır”,- deyə diplomat bildirib.

Bu il iştirakçılar ABŞ-nin Kaliforniya, Nyu-Cersi, Şimali Dakota və Luiziana ştatları da daxil olmaqla müxtəlif bölgələrində yaşayacaqlar.

Günel

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
17
icma.az

10Mənbələr