AZ

İsrailin Azərbaycandakı yeni səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz Şəhidlər Xiyabanını ziyarət edib.

News365.az xəbər verir ki, bununla bağlı İsrail səfirliyi məlumat yayıb.

Səfir Ronen Krausz Fəxri Xiyabanı ziyarət edərək, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, professor Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu. Daha sonra Şəhidlər xiyabanında Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad etdi. Səfir həmçinin Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edərək, onun igidliyini və fədakarlığını dərin hörmətlə andı. Bu səfər İsrail və Azərbaycanı birləşdirən ortaq dəyərlərin – yaddaşın, hörmətin və minnətdarlığın – güclü bir təcəssümüdür”- səfirliyin məlumatında qeyd olunub.

Seçilən
53
50
news365.az

10Mənbələr