EN

Bir ildə iki ölüm: Təsadüf, həkim səhlənkarlığı, yoxsa NAŞILIQ?

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda saxta plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşım .Bundan sonra Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.Məlum oldu ki, komissiyaya müraciət edən 82 estetik cərrahdan yalnız 42-sinə fəaliyyətə rəsmi icazə alıb. Qalan 40-a yaxın çox, ya az tanınmış cərrah isə gözlənilmədən siyahıdan kənarda qalıb.Müvafiq qanunvericiliyə görə siyahıda yer almayan şəxsin plastik cərrah kimi təqdim olunması və bu adla pasiyent qəbul etməsi qanunsuzdur və məsuliyyətə səbəb olur.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilir ki, “Kosmetoloji və plastik cərrahi xidmət göstərən tibb müəssisələrinin bu fəaliyyət üçün xüsusi lisenziyası, orada çalışan həkimlərin isə müvafiq sertifikatı olmalıdır.Çox təəsüflər olsun ki,Səhiyyə Nazirliyi, Baş Prokurorluq, DİN və Təhsil Nazirliyindən ibarət Xüsusi Təftiş Komissiyasınin qərarına baxmayaraq bəzi klinikalarda lisenziyasız və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir.Bəzən də sertifikatsız fəaliyyət göstərən həkimlərin apardıqları əməliyyat ölümə səbəb olur.Belə uğursuz əməliyyatlardan biri də bu ilin avqust ayının 15 də “Etalon” hospitalda baş verib. Belı ki məşhur kouç (şəxsi inkişaf mütəxəssisi – red.) və tanınmış psixoloq Nilufər Abdulla plastik əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.Xəbər portalarında, sosial mediada yayılan xəbərlərda Nilufər Abdullanın estetik əməliyyatının “Etalon” hospitalda hansı həkim tərəfindən həyata keçrilməsi haqda heç bir məlumata rast gəlinmir.Etibarlı mənbədən verilən məlumata görə Nilufər Abdullanın estetik əməliyyatını Səhiyyə Nazirliyi tərəfindən sertifikatı ləvğ olunmuş Seymur Məmmədov tərəfindən icra edilib.Rəhmətə getmiş 1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Bu ölüm hadisəsi Seymur Məmmədov tərəfindən həyata keçrilmiş estetik əməliyyatdan sonra ikincidir.Mətbuatda yayılmış xəbərə görə hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.Rəhmətə getmiş Pərvanə Mirzəyeva bir uşaq anasıdır.

Onun bu ilin fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib. İnternet üzərindən araşdırma apararkən “Etalon” hospitalda Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümetində çətinliklə üzləşdiyinə rast gəldik.Belə ki, bu il iyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib.

Məlumata görə, o, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyati vacib müayinə – damar dopleri və qarın boşluğu USM – ümumiyyətlə aparılmayıb.Yayılan məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçündür və trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Liposaksiya əməliyyatdan sonra tanınmış aktrisanın səhhətində ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır. Aktrisa bu vəziyyətdə İstanbula qayıda bilmədiyi üçün planlaşdırdığı səfəri təxirə salmaq məcburiyyətində qalıb.Bir ildə “Etalon” hospitalda iki ölüm hadisəsinin baş verməsi adi bir hal deyil.İlkin olaraq demək olar ki,bu ya həkim səhlənkarlığı,ya da ki təcrübəsizlikdir.Ölüm hadisələrinin hansı səbəbdən baş verdiyinə hüquqi qiyməti aidiyyatı qurumlar verəcək.

Mediatv.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
8
hurriyyet.az

10Sources