AZ

Aktrisa İradə Rəşidova: Müalicəm ev şəraitində davam edir

BAKI, 18 avqust. TELEQRAF

“Müalicəm ev şəraitində davam edir. Avqustun sonunda yenidən xəstəxanaya gedəcəm. Hələ də kəllə sümüyümdə çat davam edir”.

Bunu Teleqraf-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidova səhhətindən danışarkən deyib.

Aktrisa onu da bildirib ki, skuterlə vuran şəxsi bağışlayıb və şikayət ərizəsini hüquq-mühafizə orqanlarından geri götürüb.

Qeyd edək ki, iyunun 6-da aktrisa Səbail rayonu ərazisində skuter sürən şəxs tərəfindən vurulan aktrisa Respublika Neyrocərahiyyə Xəstəxanasına yerləşdirilmişdi.

Seçilən
38
43
teleqraf.com

10Mənbələr