AZ

Bir ildə iki ölüm: “Etalon” hospitalda Seymur Məmmədov NAŞILIĞI? -DE-FAKTO

 

Bu ölüm hadisəsi Seymur Məmmədov tərəfindən həyata keçrilmiş estetik əməliyyatdan sonra ikincidir. Mətbuatda yayılmış xəbərə görə hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb. Rəhmətə getmiş Pərvanə Mirzəyeva bir uşaq anasıdır.

Onun bu ilin fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir. Əməliyyatı “Etalon hospital”ında plastik cərrahı Seymur Məmmədov edib.

İnternet üzərindən araşdırma apararkən “Etalon” hospitalda Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümetində çətinliklə üzləşdiyinə rast gəldik. Belə ki, bu il iyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib.

Məlumata görə, o, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyati vacib müayinə – damar dopleri və qarın boşluğu USM – ümumiyyətlə aparılmayıb. Yayılan məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçündür və trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Liposaksiya əməliyyatdan sonra tanınmış aktrisanın səhhətində ağırlaşmalar baş verib. Qarın boşluğunda mütəmadi olaraq maye toplanır. Aktrisa bu vəziyyətdə İstanbula qayıda bilmədiyi üçün planlaşdırdığı səfəri təxirə salmaq məcburiyyətində qalıb.Bir ildə “Etalon” hospitalda iki ölüm hadisəsinin baş verməsi adi bir hal deyil.İlkin olaraq demək olar ki,bu ya həkim səhlənkarlığı,ya da ki təcrübəsizlikdir. Ölüm hadisələrinin hansı səbəbdən baş verdiyinə hüquqi qiyməti aidiyyatı qurumlar verəcək.Mövzu diqqətimizdədir/Yenixeber.org

Seçilən
38
8
moderator.az

10Mənbələr