EN

“Yuventus”un yarımmüdafiəçisi karyerasını Braziliyada davam etdirə bilər

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo doğma ölkəsinə qayıtmağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasına başladığı “Qremio”ya dönməyə hazırlaşır. Turin klubu artıq oyunçunu buraxmağa razıdır və transferin yaxın günlərdə reallaşacağı gözlənilir.

Artur Melo “Qremio”dan 2018-ci ildə ayrılmışdı. O zaman “Barselona” futbolçunu 30 milyon avrodan çox məbləğə transfer etmişdi. İki ildən sonra braziliyalı yarımmüdafiəçi 80 milyon avroya “Yuventus”a satıldı. Lakin oyunçu Turin klubunda özünü tam göstərə bilmədi.

Qeyd edək ki, Artur Melo ötən mövsümün ikinci yarısını icarə əsasında “Jirona”da keçirib.

Chosen
27
44
90deqiqe.az

10Sources