"Ukrayna NATO-nun 5-ci maddəsi kimi praktikada işləyəcək real təhlükəsizlik zəmanətlərində israr edir".
Oxu.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb.
"Ukrayna və Moldova bölünə bilməz. Əgər belə bir parçalanma olarsa, bu, avtomatik olaraq Avropanın Ukraynaya münasibətdə parçalanması, Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı ortaq və qəti mövqeyinin olmaması anlamına gələcək", - o vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynaya real danışıqlar lazımdır və bu danışıqlar hazırda cəbhə xəttinin olduğu sərhədlərdən başlaya bilər.
Zelenski həmçinin qeyd edib ki, Rusiya Donetsk bölgəsində uğur qazanmayıb və 12 ildir Kreml bu ərazini ələ keçirə bilmir. Prezident bir daha vurğulayıb ki, Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsini mümkünsüz edir.
10Sources
-
azertag.azNATO Baş katibi: Ukraynaya təhlükəsizlik təminatı böyük irəliləyişdir ( 20468529)
-
azertag.azNATO Baş katibi: Ukrayanaya təhlükəsizlik təminatı böyük irəliləyişdir ( 20468280)
-
www.bakupost.azSülh səylərində əhəmiyyətli irəliləyiş var Tramp ( 20464917)
-
hakimiyyet.azDonald Tramp Ağ Evdə Zelenskini qarşılayıb - CANLI ( 20464830)
-
paralel.azDonald Tramp Ağ Evdə Zelenskini qarşılayıb - CANLI ( 20464764)
-
teleqraf.comTramp sülh səylərində "əhəmiyyətli irəliləyiş" olduğunu bəyan etdi ( 20464734)
-
apa.azAğ Evdə Donald Tramp və Volodimir Zelenski arasında görüş başlayıb - FOTO - VİDEO - YENİLƏNİB ( 20464683)
-
report.azTramp: Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüşün mümkünlüyünə əminəm ( 20464644)
-
poliqon.infoAxios: Trampın Ukrayna üzrə sülh strategiyası 3 mərhələdən ibarətdir... ( 20460930)
-
qafqazinfo.az“O məsələni gündəmə gətirmək sülh üçün təhlükəlidir” ( 20460576)