AZ

NATO Baş katibi: Ukrayanaya təhlükəsizlik təminatı böyük irəliləyişdir

Vaşinqton, 18 avqust , AZƏRTAC

NATO-nun Baş katibi Mark Rütte Rusiya - Ukrayna müharibəsinin sona çatması ilə bağlı nikbin olduğunu bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, onun ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə görüş zamanı deyib. Rütte vurğulayıb ki, bu işi mümkün qədər tez bitirmək üçün bu gündən ən yaxşı şəkildə yararlanmaq lazımdır.

“Təhlükəsizlik təminatında iştirak etməyə hazır olduğunuzu bəyan etməyiniz böyük bir addımdır və əhəmiyyətli dəyişiklik yaradır”,- deyə Rütte Trampa müraciət edərək bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Seçilən
57
13
azertag.az

10Mənbələr