EN

Emil Səfərov Premyer Liqada 100-ə çatdı

Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov Premyer Liqada yubiley oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 1-ci turunun “Şamaxı” ilə ev qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub.

Emil bu matçlarda 5 qola imza atıb. Premyer Liqamızda debütü 2021/2022-ci illər mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.

Qeyd edək ki, Emil Səfərov Azərbaycan Premyer Liqasında ən azı 100 oyun keçirmiş 440-cı futbolçudur.

Chosen
65
36
arena.az

10Sources