EN

Merts Tramplayeni qalmaqalın yaşanmaması üçün Zelenskiyə məsləhətlər verib

Almaniya kansleri Fridrix Merts Volodimir Zelenskiyə avqustun 18-nə Vaşinqtona planlaşdırılan səfəri ilə bağlı bir neçə məsləhət verib ki, fevralda ABŞ və Ukrayna liderləri arasında baş vermiş qalmaqal təkrarlanmasın.

Heftelik.az xəbər verir ki, bunu Merts ARD telekanalına müsahibəsində deyib.

“Zelenskiyə Ağ Evdə növbəti görüşü zamanı necə davranmalı olduğu barədə bir neçə məsləhət verdim. Bu, əsasən gələn bazar ertəsi üçün planlaşdırılanlara bağlıdır. Görüş yenə Oval Ofisdə, yoxsa Ağ Evin başqa bir yerində? Bunu sabah günün ikinci yarısında müzakirə edəcəyik”, – deyə o qeyd edib.

Chosen
62
50
heftelik.az

10Sources