EN

Putin Trampla görüşdən sonra təcili iclas KEÇİRDİ

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla avqustun 15-də Ankoricdə (Alyaska) baş tutan sammitdən sonra iclas keçirib.

Viral.az TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı əsas tələbləri irəli sürüb.

Qeyd edilir ki, Trampla danışıqlar zamanı Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və təfərrüatlı şəkildə ifadə etmək imkanı olub.

Son Yazılar:

Putinin sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını istəyir. Trampla danışıqlar zamanı tərəflər əməkdaşlığın demək olar ki, bütün sahələrini müzakirə ediblər.

“Söhbət çox səmimi, mənalı keçdi və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır”, – Putin bildirib.

Chosen
88
50
viral.az

10Sources