EN

Qəzzada İsrail PUA-sı qəzaya uğrayıb

BAKI, TurkicWorld, Səməd Əyyubov

Qəzza zolağında qadınlar və qız uşaqları ciddi aclıq və qıtlıq təhlükəsi ilə üz-üzədir.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) "X" sosial şəbəkəsində məlumat verib.

Bildirilib ki, İsrailin təşkil etdiyi hücumlar və tətbiq etdiyi blokada səbəbindən Qəzza Zolağında böhran dərinləşir.

“Bir milyon qadın və qız uşağı aclıq riski altındadır. Qəzzadakı qadınlar və qız uşaqları, yemək və su tapa bilmək üçün həyati təhlükə daşıyan üsullara əl atmağa məcbur qalır” - deyə, məlumatda bildirilib.

UNRWA beynəlxalq ictimaiyyəti Qəzzadakı blokadanın aradan qaldırılması və humanitar yardımların maneəsiz çatdırılması üçün təcili addımlar atmağa çağırıb.

“Qəzza tarixinin ən ağır humanitar böhranlarından birini yaşayır. Aclıq və İsrailin həyata keçirdiyi soyqırım xarakterli hücumlar bir-birinə qarışıb. Martın 2-dən etibarən İsrail bütün sərhəd keçidlərini bağlayaraq humanitar yardımların girişini tamamilə dayandırıb. Məhdud şəkildə buraxılan yardımlar isə aclıq çəkən fələstinlilərin əsas ehtiyaclarını qarşılamır” - deyə, məlumatda vurğulanıb.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri aclıq və qida çatışmazlığı səbəbindən həyatını itirən fələstinlilərin sayı 251 nəfərə çatıb, onlardan 108-i uşaqdır.

Chosen
42
2
turkic.world

10Sources