BAKI. 17 avqust. TELEQRAF
İsrail qüvvələri Qəzza zolağında Moraq və yardım paylama mərkəzləri yaxınlığında azı 13 fələstinlini öldürüb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, 27 maydan bəri öldürülən yardım axtaranların ümumi sayı azı 1924 nəfərə çatıb, 14,288-dən çox insan isə yaralanıb.