İsrail Əl-Cəzirə səyyar müxbir məntəqəsinə hücum etdi: 4 işçi öldü
İsrail ordusu Qəzza zolağında Əl-Şifa xəstəxanasının yaxınlığında jurnalistlərin çadırına hücum edib. Əl-Cəzirə telekanalının iki müxbiri və iki operator öldürülüb.
Bu barədə Qətər telekanalı özü məlumat yayıb.
İsrail ordusu özünü "Əl-Cəzirə jurnalisti kimi təqdim edən terrorçunu" vurduğunu və raket hücumlarının təşkilinə görə məsuliyyət daşıdığını bildirib.