Fransanın “Brest” klubunun mərkəz yarımmüdafiəçisi Mahdi Kamara bundan sonra Liqa 1-in digər təmsilçisi “Renn”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Renn” rəsmi saytı vasitəsilə məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Renn” bu transfer üçün “Brest”ə 8 milyon avro ödəyib.
Mahdi Kamara Fransanın “Sent Etyen” klubunun yetirməsidir. “Laval”da da oynamış fransalı yarımmüdafiəçi 2022-ci ildən “Brest”də çıxış edirdi. Kamara “Brest”in heyətində 115 oyuna çıxıb, 15 qol vurub, 11 məhsuldar ötürmə verib.
Kamara Fransanın U-16 və U-19 yığmasında oynasa da, sonralar milli formanı geyinmək qismət olmayıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.
