AZ

Dominik Kalvert-Lyuin “Everton”u “Lids”ə dəyişdi

İngiltərənin “Everton” klubunun hücumçusu Dominik Kalvert-Lyuin bundan sonra Premyer Liqanın digər təmsilçisi “Lids”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Lids”in rəsmi saytına istinadən xəbər verir.

28 yaşlı ingilis futbolçu “Everton”u azad agent kimi tərk edib. O, yeni klubu ilə 3 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.

Dominik Kalvert-Lyuin İngiltərənin “Şeffild Yunayted” klubunun yetirməsidir. “Steylibric Seltik”, “Northemton Taun” kimi klublarda da forma geyinmiş hücumçu 2016-cı ildən “Everton”un uğurları üçün çalışırdı. O, sözügedən komandanın heyətində 273 oyuna çıxıb, 71 qol və 22 məhsuldar ötürmə müəllifi olub.

İngiltərənin U-19, U-20 və U-21 yığmalarında da oynamış Dominik 2020-ci ildə əsas millidə debüt edib. O, İngiltərə millisinin heyətində meydana çıxdığı 11 oyunda 4 qol vurub.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
75
10
arena.az

10Mənbələr