AZ

ŞOK İDDİA: MY De Xeanı geri qaytarır

“Mançester Yunayted” qapıçı Andrey Onananın klubdakı qeyri-müəyyən gələcəyi fonunda David de Xeanı komandaya qaytarmaq imkanını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlmat yayıb.

“Qırmızı şeytanlar” İngiltərə klubunun “Fiorentina” ilə keçirilən yoxlama oyununda (1:1) ispaniyalının təsirli çıxışından sonra onun qayıdışı barədə düşünməyə başlayıb.

34 yaşlı qolkiperin “Fiorentina” ilə müqaviləsində onu nisbətən az məbləğə klubdan ayrılmağa imkan verən maddə var. Bildirilir ki, MY artıq transferin mümkünlüyünü araşdırır.

Seçilən
58
2
publika.az

10Mənbələr