AZ

Ceyms Makati “Mançester Siti”ni “Nottingem Forest”ə dəyişdi

İngiltərənin “Mançester Siti” klubunun hücumameyilli yarımmüdafiəçisi Ceyms Makati bundan sonra “Nottingem Forest”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Nottingem Forest” rəsmi saytı vasitəsilə məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Şəhərlilər” bu transferdən 25,5 milyon avro qazanıblar.

Ceyms Makati “Mançester Siti”nin yetirməsidir. O, ötən mövsüm 27 oyunda 7 qol vurub. Makatinin “şəhərlilər”in heyətində ümumi göstəricisi 37 oyun və 7 qoldan ibarətdir. O, bir müddət “Şeffild Yunayted”də icarədə də olub.

İngiltərənin U-18, U-20 və U-21 yığmalarında oynamış Makatiyə əsas millidə debüt qismət olmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
51
10
arena.az

10Mənbələr